Yaralı əsgərin vəziyyəti ağırdır

Yaralı əsgərin vəziyyəti ağırdır
  30 İyul 2014    Oxunub:1235
Müdafiə Nazirliyi N saylı hərbi hissənin vəziyyəti ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.


Teqlər:  





Xəbər lenti