Səddam Hüseynin `qohumu` Tacikistandan sığınacaq istədi

Səddam Hüseynin `qohumu` Tacikistandan sığınacaq istədi
  30 İyul 2014    Oxunub:1049
İraqın mərhum prezidenti Səddam Hüseynin qohumu Əfqanistan-Tacikistan sərhədini keçərək, bu ölkədən sığınacaq istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bir nəfər sərhədi keçərək, bu ölkədən sığınacaq istəyib. O, adının Abdullah İbn Ahmad El Arabia olduğunu qeyd etsə də, bunu təsdiq edən sənədi olmayıb.

Həmin şəxs bildirib ki, Səddam Hüseynin qohumudur və İraq höküməti tərəfindən axtarılır.

Hazırda DİN həmin şəxs barəsində axtarış aparır və tezliklə bununla bağlı qərar veriləcək.

AzVision.az




Teqlər:  





Xəbər lenti