Milli Parkdakı yanğın söndürüldü

Milli Parkdakı yanğın söndürüldü
  30 İyul 2014    Oxunub:947
Hirkan Milli Parkında baş verən yanğın söndürülüb.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ. İbrahimova qeyd edib ki, Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gələn yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib. ETSN-in və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində yanğının qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti