Əl qumbarası tapıldı

Əl qumbarası tapıldı
  29 İyul 2014    Oxunub:921
Abşeron rayonu, Saray qəsəbəsində döyüş sursatı aşkarlanıb.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan F-1 markalı əl qumbarasıdır. Qumbara Nazirliyin mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi meydançaya aparılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirmiş və şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 15:55-də başa çatıb.


Teqlər:  





Xəbər lenti