Düşmən gülləsi gənc qızı komaya saldı

Düşmən gülləsi gənc qızı komaya saldı
  29 İyul 2014    Oxunub:857
Ötən gün günorta saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə tutulub. Atışma 22-23-radələrinə qədər daha da şiddətli olub.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, son günlər daha da aktivləşən erməni silahlıları Tovuzun Hacallı, Koxanəbi, Ağdam kəndlərini də atəş altında saxlayıb. Əlibəylidə atışma zamanı sərhəd ərazidə yanğın da baş verib. Sakinlər bildirirlər ki, düşmən kəndlilərə zərər vermək üçün qəsddən mal-qaranın otlaq sahəsini yandırır.

Koxanəbidə başlayan güclü atışma zamanı isə kəndin 19 yaşlı sakini Salatın Babayeva qorxudan komaya düşərək Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Şəkərli diabetdən əziyyət çəkən gənci həkimlər düşdüyü vəziyyətdən çıxarmağa çalışıblar. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən Koxanəbi sakininin vəziyyəti kafidir.

Güllə səsləri səngiməmiş Əlibəyli sakinini zəhərli həşərat dişləyib. Gecə saatlarında Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 20 yaşlı Ülvi Fərhadovun da səhhətini həkimlər kafi qiymətləndirir.

Kəndləri işıqsaçan güllələrdən, iri çaplı pulemyotlardan atəşə tutan ermənilər Azərbaycan Ordusunun tutarlı cavabından sonra susmağa məcbur qalıb.


Teqlər:





Xəbər lenti