Əməkdar artistin fəryadı: `Ölmək istəmirəm`

Əməkdar artistin fəryadı: `Ölmək istəmirəm`
  29 İyul 2014    Oxunub:987
Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Səlmanovanın vəziyyəti yenidən ağırlaşıb.
AzVision.az xəbər verir ki, bu barədə lent.az-a aktrisanın yaxınları məlumat verib: "Gülnar xanımın vəziyyəti ağırdır. Onu Sabunçu xəstəxanasına yerləşdirmişik. Özünü çox pis hiss edir. Dializ olunmalıdır".

Daha sonra G.Salmanovanın özü ilə əlaqə saxlanılıb. Danışmaqda çətinlik çəkən aktrisa isə vəziyyəti barədə bu sözləri deyib: "Yaxşı deyiləm, oğlum. Mənə kömək edin. Hər gün daha da pis oluram. Mənim bu halımla maraqlanan heç kimsə olmayıb. Çox xahiş edirəm, mənə yardım edin. Ölmək istəmirəm".


Teqlər:





Xəbər lenti