Cəbhədə bayram namazı qılındı

Cəbhədə bayram namazı qılındı
  29 İyul 2014    Oxunub:1085
Cəbhə bölgəsində qılınan bayram namazında işğal altındakı torpaqlarımızın tezliklə azad olunması arzu edilib.
Ramazan ayının başa çatması ilə münasibəti ilə iyulun 29-da respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən məscidlərdə də bayram namazı qılınıb.
AzərTAc xəbər verir ki, Ağdam rayonunun Xındırıstan kəndində və Tərtər rayon cümə məscidində qılınan bayram namazında Ulu Tanrıdan işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi, dövlət müstəqilliyimizin əbədi olması, dövlətimizin qüdrətinin daha da artması arzu olunub.

Ağdam cümə məscidinin axundu Hacı Barat Bağırov bayram xütbəsində 11 ayın sultanı olan Ramazanın özəlliklərindən danışıb, milli-mənəvi həmrəylik, saflıq və mərhəmət rəmzi olan bu bayramda xalqımıza əmin-amanlıq, duaların qəbul olunmasını, növbəti bayram namazlarının Ağdam, Şuşa və işğal altındakı digər ərazilərimizdə qılınmasını arzulayıb.


Teqlər:





Xəbər lenti