Baş nazirin arvadını qaçırdılar

Baş nazirin arvadını qaçırdılar
  28 İyul 2014    Oxunub:979
Nigeriyada törətdiyi aktlarla minlərlə insanı qurban edən "Boko Haram" radikal qruplaşması daha bir qaçırma hadisəsi həyata keçirib.
Bir neçə ay əvvəl Nigeriyada 200-dən çox məktəbli qızı qaçıran "Boko Haram" radikal qruplaşması bu dəfə isə Kamerun baş naziri Amadou Əlinin həyat yoldaşını qaçırıb.

“Boko Haram” silahlılarının Kamerunun Kolofata qəsəbəsinə etdiyi hücum zamanı baş nazir Amadou Əlinin həyat yoldaşı da orada olub və qaçırılanlar arasında o da aparılıb. Məsələdən sonra hələ ki, ölkə tərəfindən hər hansısa bir addım atılmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 4 Afrika ölkəsi - Nigeriya, Niger, Çad və Kamerunun "Boko Haram" radikal qruplaşması ilə mübarizə aparmaq üçün birləşmiş ordu qruplaşması yaratmağa dair razılığa gəldiyi bildirilmişdi.(Ans)


Teqlər:





Xəbər lenti