Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə ən real namizəddir

Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə ən real namizəddir
  28 İyul 2014    Oxunub:1576
Bakıda təşkil edilən taekvondo üzrə yeniyetmələr arasında birinci dünya çempionatı yüksək səviyyədə keçirildi.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə Taekvondo Federasiyasının xarici əlaqələr üzrə əlaqələndiricisi, Avropa Taekvondo Federasiyasının idarə heyətinin üzvü Əli Sağırkaya AzərTAc-a müsahibəsində deyib.

Əli Sağırkaya bildirib ki, dörd gün davam edən dünya çempionatında iştirak edən taekvondo üzrə milli komandalar üçün yüksək səviyyədə şərait yaradılıb. Mehmanxanalar gözəldir, nəqliyyat məsələləri həll edilib, infrastruktur yaradılıb. Cari ilin aprelində Bakıda taekvondo üzrə Avropa çempionatı da keçirildi. Düşünürəm ki, bu yüksək səviyyəli ev sahibliyi ilə Azərbaycan nəinki 2015-ci ildə Bakıda təşkil ediləcək birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək, eyni zamanda, gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə ən real namizəddir.

Əli Sağırkaya qeyd edib ki, türkiyəli idmançılar Vətənə Azərbaycandakı dünya çempionatından ikisi qızıl və səkkizi bürünc olmaqla 10 medalla dönür. Bu medalları qardaş Azərbaycanda qazanmaq bizə ikiqat sevinc bəxş etdi. Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir.

Qonaq vurğulayıb ki, Azərbaycanda keçirilən bu dünya çempionatı gənc taekvondoçulara peşəkar idmana başlamaq üçün təcrübə mənbəyi oldu. Gənc idmançılar üçün dünya səviyyəsində çempionat təşkil edildiyi üçün Azərbaycan dövləti və xalqına, ölkənizin taekvondo federasiyasının rəhbərliyinə minnətdaram.


Teqlər:





Xəbər lenti