`Bayram 29 iyuldur` - Qamət Süleymanov

`Bayram 29 iyuldur` -  Qamət Süleymanov
  27 İyul 2014    Oxunub:1578
“Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov Ramazan bayramının hansı gün keçirilməsi ilə bağlı tərəfdarlarına müraciət edib.
AzVision.az Q.Süleymanovun müraciətini təqdim edir:

“QMİ-nin qərarına əsasən Azərbaycanda Ramazan bayramı iyul ayının 29-na elan olunub.

Quran və Sünnənin və mötəbər alimlərin rəyinə əsasən biz yaşadığımız ölkəmizin, Azərbaycanımızın rəsmi elanı ilə Ramazan bayramını keçiririk.

Bu mövzu ətrafında səsləndirilən müxtəlif fikirlərə uymaq, cürbəcür rəqəmlərə fikir vermək lazım deyil!

Sabah iyulun 28-i son oruc günümüzdür və birisi gün iyulun 29-u isə bayram günüdür.

Hamını bu mübarək Ramazan bayramı ilə təbrik edirik və Allahdan vətənimizə əminamanlıq diləyirik!”


Teqlər:





Xəbər lenti