Ermənilərin yaraladığı sakinin vəziyyətindən son XƏBƏR

Ermənilərin yaraladığı sakinin vəziyyətindən son XƏBƏR
  27 İyul 2014    Oxunub:1046
Ötən gün Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə tuş gələn və Bakıya gətirilən dinc sakin Fərid Məmmədovdan son xəbər var.
AzVision.az xəbər verir ki, hazırda yaralı əməliyatdan sonra özünü yaxşı hiss edir.

Bu barədə Fərid Məmmədovun həkimi Elnur Abdullayev məlumat verib.

“1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan xəstə narkozdan ayılıb və palataya köçürülüb. Çənəsini bağladığımızdan danışığa icazə verilmir. Müəyyən dövrdən sonra danışa bilər. Qida və su qəbul edir. Yaxın günlərdə tam qaydasına düşəcək. Umumi götürdükdə, xəstənin vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, 17 yaşlı Fərid Məmmədov əməliyyat olunmaq üçün xüsusi ambulans helikopterlə Bakıya gətirilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Tovuz rayonunun Əlibəyli kəndi ermənilər tərəfindən intensiv atəşə tutulmuşdu.

Nəticədə 2 kənd sakini yaralanmışdı. Bunlar 17 yaşlı Fərid Məmmədov Nəbi oğlu və 52 yaşlı Anya Ələsgərovadır.

Güllə Fəridin burun nahiyyəsindən girərək çənəsində dayanmışdı. (anspress)


Teqlər:  





Xəbər lenti