Dənizdə çimənləri soyan şəxslər tutuldu

Dənizdə çimənləri soyan şəxslər tutuldu
  26 İyul 2014    Oxunub:884
İyulun 3-də E.Kərimlinin mobil telefonunu oğurlamış Sumqayıt şəhər sakinləri R.Novruzov və H.Əsgərov saxlanılıblar.
DİN-in saytına istinadən AzVision.az xəbər verir ki, Binəqədi PRİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Elman Kərimlinin mobil telefonunu oğurlamış Sumqayıt şəhər sakinləri Ruhiddin Novruzov və Hüseyn Əsgərov saxlanılıbar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyulun 19-da Ayaz Səlimliyə, iyulun 20-də Rövşən Süleymanlıya, iyulun 21-də Namiq Ağayevə, iyulun 24-də Gündüz Quliyevə məxsus pul, məişət əşyaları və sənədləri, habelə, cari ilin iyun və iyul ayları ərzində Novxanı çimərliyində Bakı şəhər sakini Əsmər Novruzovaya və Abşeron rayon sakini Abbas İbrahimova məxsus mobil telefonları oğurlamaları da müəyyən edilib.


Teqlər:





Xəbər lenti