İsraildən 12 saatlıq ATƏŞKƏS

İsraildən 12 saatlıq ATƏŞKƏS
  26 İyul 2014    Oxunub:954
İsrail Qəzza sektorunda 12 saatlıq atəşkəs rejiminin əldə olunması barədə təklifi qəbul edib.
AzVision.az-ın “Agence France-Presse”-ə istinadən verdiyi məlumata görə, atəşkəs rejimi bu gün yerli vaxtla 07:00-da qüvvəyə minir.

Atəşkəs rejiminin elan olunması barədə təşəbbüsü Fələstinin HƏMAS təşkilatı da qəbul edib.

Yayılan digər məlumatlara görə isə, İsrail və Fələstin arasında daimi atəşkəs rejiminin əldə olunması ilə bağlı Fransa paytaxtı parisdə Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Qətər, Türkiyə və Aİ xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 816-ya çatıb. İsrail ordusunun isə 27 əsgəri öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti