120 `London taksi`si cərimə meydançasında

120 `London taksi`si cərimə meydançasında
  26 İyul 2014    Oxunub:2016
Gömrük Komitəsi "London-Taxi"lərini cərimə meydançasına aparır: 500 taksi "rastamoşka" edilməyib
AzVision.az xəbər verir ki, Bakıda “London-Taxi”ləri ilə bağlı milli.az-a maraqlı məlumat daxil olub. Sayt həmin taksilərin gömrük əməkdaşları tərəfindən müsadirə olunması barədə məlumat əldə edib. Məlumatda deyilir ki, Gömrük Komitəsinin dayanacağına artıq 120 taksi aparılıb. Taksilərin əksəriyyəti elə yoldan birbaşa dayanacağa gətirilib. Səbəb isə həmin taksilərdən 520 ədədinin “rastamojka” olunmamasıdır. Sayt əməkdaşı məlumatın dəqiqləşdirilməsi üçün şəhərdə 10-dan artıq “London-Taxi” sürücüsü ilə söhbətləşib. Onların da söylədiklərindən məlum olub ki, həmin maşınların gömrük rüsumu ödənilməyib. Taksi sürücüləri bildiriblər ki, Bakıda olan maşınların dövlət qeydiyyat nişanı 500-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə “rastamojka”dan keçməyib. Gömrük rüsumu üçün "Bakı Taxi” MMC 6 milyondan artıq pul ödəməlidir. Sürücülər deyiblər ki, maşınlara gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Qaraj maşını olduğundan belə bir güzəşt edilmişdi, lakin sonradan bu rüsum ödənilmədiyindən belə hal baş verib. “Baku Taxi” MMC-nin nümayəndəsi Məcnun Səfərov isə suala cavab verməkdən özünü belə yayındırıb: "Məzuniyyətdəyəm, məlumatım yoxdur. 1000 ədəd taksimiz var. Belə bir şey ola bilməz. Məndə belə məlumat yoxdur".

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da telefon zənglərinə cavab verməyib. Dövlət Gömrük Komitəsi ilə də əlaqə saxlamaq mümkün olmayıb.


Teqlər:  





Xəbər lenti