Gələcək jurnalistlərin nəzərinə

Gələcək jurnalistlərin nəzərinə
  26 İyul 2014    Oxunub:772
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcəkdir. İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqi" ni çap etməlidirlər. Abituriyentlər buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvjur/?frm=egov keçidinə daxil olmalıdırlar.

Qeyd edək ki, abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi"ni.

Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq


Teqlər:





Xəbər lenti