Bakıda dəhşətli qətl

Bakıda dəhşətli qətl
  26 İyul 2014    Oxunub:959
Bakıda dəhşətli qətl törədilib.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Koroğlu” Metrostansiyası yaxınlığında yerləşən körpünün altında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan 35-40 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vuraraq qətlə yetirilib.

Baş vermiş qətl hadisəsi ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda qətlə yetirilən və hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti