Kəlbəcərli girovların ailəsi Putinə müraciət etdi - FOTOLAR

Kəlbəcərli girovların ailəsi Putinə müraciət etdi - FOTOLAR
  25 İyul 2014    Oxunub:2301
Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya Prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciət ediblər

Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D.Əsgərovla Ş.Quliyevin girovluqdan azad olunması xahiş edilib.

Rusiya Federasiyasının vətəndaşları olan D.Əsgərovun və A.Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib.

Pasportların surətindən məlum olur ki, D.Əsgərov və Ş.Quliyevin həyat yoldaşı A.Veselova Rusiya vətəndaşlarıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D.Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirmişdi.

Qalereya




Teqlər:  





Xəbər lenti