Novruz Məmmədov: Jirinovski yalançı olduğunu etiraf etdi

Novruz Məmmədov: Jirinovski yalançı olduğunu etiraf etdi
  25 İyul 2014    Oxunub:1141
Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanın uğurları barədə məlumatlı olduğunu yazıb.
AzVision.az xəbər verir ki, bu barədə PA rəsmisi `Twitter` səhifəsində yazıb.

“Görünür Jirinovski Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərlə bağlı ətraflı məlumat alıb. Azərbaycan, Ümummilli Lider və Prezident İlham Əliyev haqqında onun fikirləri, mühüm məqamlara verdiyi yüksək qiymət həqiqətin qələbəsidir.Beləliklə Jirinovski indiyədək Azərbaycan haqqında dediklərinin yalan olduğunu özü etiraf edir. ” - deyə, Novruz Məmmədov bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti