Sərnişin təyyarəsi qəzaya uğradı: Ölənlər var

Sərnişin təyyarəsi qəzaya uğradı: Ölənlər var
  24 İyul 2014    Oxunub:987
“Air Algerie” aviaşirkətinə məxsus təyyarə ilkin məlumatlara görə, Nigerin paytaxtı Niamey şəhəri yaxınlığında qəzaya uğrayıb.
Bu barədə AzVision.az “CCTVNews” telekanlına müsahibəsində bildirib.

Qeyd edək ki, “DC-9” tipli avialaynerlə əlaqə təyyarənin Brukina Fasonun paytaxtından havaya qalxmasından 50 dəqiqə sonra kəsilib.

“Təyyarə Əlcəzair sərhəddi yaxınlığında olan zaman, ekipaj görmə məhdudluğu ilə əlaqədar uçuş istiqamətini dəyişmək barədə razılıq istəyib. Əks halda o Əlcəzairdən Bamako uçan təyyarə ilə toqquşa bilərdi. Təyyarə uçuş istiqamətini dəyişdikdən sonra onunla əlaqəkəsildi”, - deyə “Air Algeria” şirkətinin rəsmiləri bildirib.

Qəza baş verən zaman təyyarənin göyərtəsində 110 sərnişin və 6 ekipaj üzvü olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti