Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının poliklinikası müqəddəs Ramazan bayramı münasibəti ilə iyulun 25-26-da “açıq qapı günü” keçirəcək.
Xəstəxanadan AzVision.az-a verilən məlumata görə, aksiya çərçivəsində poliklinikanın bütün həkim heyəti saat 8:00 – 16:00-dək ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərəcək.