Dram Teatrı üçün yeni bina tikiləcək

Dram Teatrı üçün yeni bina tikiləcək
  24 İyul 2014    Oxunub:1064
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı üçün yeni bina tikiləcək.
AzVision.az xəbər verir ki, bu barədə Gəncə şəhərinin baş memarı Əli Rüstəmov məlumat verib. Onun sözlərinə görə, artıq yeni bina üçün Gəncə çayının sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb.

Hazırda ərazidə təmizlik, topoqrafiya və geologiya işləri aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti