Xamneyi müsəlmanları İsrailə qarşı mübarizəyə çağırdı

Xamneyi müsəlmanları İsrailə qarşı mübarizəyə çağırdı
  24 İyul 2014    Oxunub:792
İranın dini lideri Əli Xamneyi Fələstin xalqını İsrailə qarşı hərbi əməliyyatları davam etdirməyə və hərbi əməliyyatlar zonasını genişləndirməyə çağırıb.

Bu barədə AzVision.az “İRNA”-ya istinadən xəbər verir.

“Bu qəddar rejimə yalnız müqavimət və mübarizə yolu ilə qalib gəlmək olar. Münaqişə zonasını İordan çayının qərb sahilinə qədər genişləndirmək lazımdır” – deyə, Əli Xamneyi “İRNA” agentliyinə müsahibəsində bildirib.

Daha əvvəl İraq hakimiyyəti müsəlman təşkilatlarını İsrail əməliyyatları nəticəsində ziyan dəyən Qəzza sektoru sakinlərinə yardım edilməsi məsələsində aktiv mövqe sərgiləməyə səsləyib.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 600-ə çatıb. İsrail ordusunun isə 27 əsgəri öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti