Novruz Məmmədov:`Onlar qərəzli siyasət aparır`

Novruz Məmmədov:`Onlar qərəzli siyasət aparır`
  23 İyul 2014    Oxunub:807
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə PA rəsmisi twitter səhifəsində yazıb.

`RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır. RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir. Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır`.


Teqlər:





Xəbər lenti