Rusiya səfiri: `Dilqəm Əsgərov bizim vətəndaşımız deyil`

Rusiya səfiri: `Dilqəm Əsgərov bizim vətəndaşımız deyil`
  23 İyul 2014    Oxunub:1392
Dilqəm Əsgərovun ailəsi onun Rusiya vətəndaşı olub-olmamasından xəbərsizdir.
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur. AzVision.az –ın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya səfiri Vladimir Doroxin Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktubunda bildirib.

Məktubda deyilir:

`Hörmətli xanım Muradova,

Sizin İyulun 18-də Kəlbəcər rayonunda baş verən insidentlə bağlı Trend Agentliyinə verdiyiniz müsahibə ilə tanış oldum.

Həmin müsahibədə, girov götürülən vətəndaşına biganə qaldığı ilə bağlı Rusiyanı sərt tənqid etmisiniz.

Rəsmi olaraq Sizə məlumat verirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur`.



Bu arada girov Dilqəm Əsgərovun ailəsi onun Rusiya vətəndaşı olub -olmamasıdan xəbərsiz olduğunu bildirib.

Kəlbəcərli girovun yaxın dostu Səbuhi Rəhimli Azvision.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Dilqəm Əsgərovun ailəsi ilə əlaqə saxlayib. D. Əsgərvun oğlu Kürdoğlu Əsgərov ona bildirib ki, atası onlara bir neçə günə Rusiya vətəndaşlığına qəbul ediləcəyini bildirib.

“Atam, Kəlbəcərə getdiyindən onun həqiqətən də Rusiya vəntəndaşlığına qəbul olunub-olunmadığı ilə bağlı xəbər ala bilmədik” –deyə Əsgərovun oğlu bildirib.

Hazırda ailəsinin əlində Dilqəm Əsgərova məxsus heç bir sənəd yoxdur. Bütün sənədləri Kəlbəcərə keçərkən onun öz üzərində olduğu qeyd olunur.

Xatırladaq ki, iyulun 11 –də Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılmışdı.

Səbinə Həsənova
Fatimə Kərimli




Teqlər:  





Xəbər lenti