700 bal toplayan gümüş medalçı - FOTO

700 bal toplayan gümüş medalçı - FOTO
  23 İyul 2014    Oxunub:734
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari ilin məzunları üçün iyulun 20-də II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
TQDK-dan bildiriblər ki, II qrup üzrə cəmi iki nəfər 700 bal toplayıb.
AzVision.az-ın məlumatına görə, 700 bal toplayan abituriyentlərdən biri 287 nömrəli "Zəkalar" liseyinin şagirdi Qoşqar Qədimbəylidir.

O, eyni zamanda cari tədris ili ərzində "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən Respublika olimpiadasının final turunda gümüş medal qazanıb.

Eyni ixtisas qrupundan olan və 700 bal toplayan digər abituriyent isə Samir Rzayevdir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti