70 azərbaycanlı həkim Türkiyədə işləyir

70 azərbaycanlı həkim Türkiyədə işləyir
  23 İyul 2014    Oxunub:2860
Türkiyənin Səhiyyə Nazirliyi ölkədə çalışan əcnəbi həkimlərin eləcə də, ötən il qardaş ölkədə müalicə alan xəstələrin sayını açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2012-ci ildən bu günə qədər 459 əcnəbi həkim ölkədə çalışmaq üçün müraciət edib, lakin bu müraciətlərin cəmi 203-nə icazə verilib.

Nazirlikdən qeyd ediblər ki, Türkiyədə 70 azərbaycanlı həkim tibb bacısı işləyir. Eyni zamanda 50 İran, 49 Suriya, 39 Fələstin, 35 Makedoniya, 26 Qırğızıstan, 24 Yunanıstan, 22 Əfqanistan, 2 Almaniya və 1 Ermənistan vətəndaşı tibb sahəsində fəaliyyət göstərir.

Eyni zamanda Səhiyyə Nazirliyindən bildiriblər ki, 2013-cü ildə 535 əcnəbi xəstə Türkiyədə müalicə alıb. Onlardan 9 nəfəri azərbaycanlıdır.


Teqlər:  





Xəbər lenti