Hərbçilərimiz kurs keçəcək

Hərbçilərimiz kurs keçəcək
  22 İyul 2014    Oxunub:782
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində komandirlərin şəxsi heyətlə iş üzrə müavinlərinin hazırlıq səviyyəsini artırmaq məqsədilə bir aylıq təkmilləşdirmə kursları başlayıb.

Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kurs Silahlı Qüvvələrdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bölmələrin silah və texnikanı mükəmməl mənimsəməsi ilə yanaşı, hərbi kollektivlərdə nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, qanunların, hərbi andın, hərbi nizamnamələrin, müdafiə nazirinin əmrlərinin tələblərinin yerinə yetirilməsi, qəhrəmanlıq, igidlik nümunələrinin geniş yayılması, döyüş ruhunun səviyyəsinin artırılması məqsədini daşıyır.

Şəxsi heyətlə iş üzrə zabitlər ümumqoşun hazırlığı üzrə nəzəri və praktiki məşğələlərdə iştirak edəcəklər. Onlara taktika, atəş hazırlığı, mühəndis, rabitə, hərbi topoqrafiya və başqa hərbi ixtisaslar barədə məlumat çatdırılacaq. Eyni zamanda kurs iştirakçıları hərbi psixologiya, sosiologiya, hüquq, beynəlxalq münasibətlər, Silahlı Qüvvələrdə tərbiyəvi işin təşkili və digər sahələr üzrə məlumatlar əldə edəcəklər.

Sınaqları uğurla keçmiş zabitlər müvafiq sertifikatlar alaraq xidmət etdikləri hərbi hissələrə qayıdacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti