Lerikdə meşə yanğını davam edir

Lerikdə meşə yanğını davam edir
  22 İyul 2014    Oxunub:1138
Lerikdə meşədə baş vermiş yanğını söndürmək üçün əlavə qüvvələr cəlb edilib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Lerik rayonu, Piran kəndi (rayon mərkəzindən 35 km aralı) ərazisində 10 ha dağlıq meşə zolağında baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 2 ədəd helekopter, 1 ədəd yanğınsöndürmə təyyarəsi, yanğın texnikası və şəxsi heyət cəlb edilib. Eləcədə yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali iştirak edir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Lerikdə meşə zolağında davam edən yanğın bu gün səhər saatlarından başlayıb. FHN-nin rəsmi məlumatına görə səhər saatlarında yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd helekopter cəlb edilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti