Putin: `NATO-ya adekvat cavab veriləcək`

Putin: `NATO-ya adekvat cavab veriləcək`
  22 İyul 2014    Oxunub:860
Rusiya prezidenti Vladimir Putin NATO qüvvələrinin Şərqi Avropada gücləndiyini bəyan edərək alyansın addımlarına adekvat cavab veriləcəyini bildirib.

AzVision.az-ın məlumatına görə, bu barədə Putin Rusiya Təhlükəsizlik Şuasının iclasında çıxışı zamanı bildirib.

Rusiya prezidenti eyni zamanda bildirib ki, Rusiya sərhədləri yaxınlığında NATO-nun aktivləşməsi ilə bağlı rəsmi Moskva Krım yarımadası da daxil olmaqla öz müdafiə qabiliyyətini yüksəldəcək.

“Bizə tez-tez deyirlər ki, raket əleyhinə müdafiə sistemləri (RMS) – müdafiə sistemləridir. Lakin bu belə deyil, onlar əsl hücum sistemləridir. Bu ABŞ hücum sisteminin bir hissəsidir” – deyə, Putin bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti