Ata oğluna görə qanunu pozdu - FOTO

Ata oğluna görə qanunu pozdu - FOTO
  22 İyul 2014    Oxunub:939
Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əfqan Fərman oğlu Almaz-zadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Abdalim oğlu Almaz-zadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1(bir) ədəd "BlackBerry" markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilərək götürülüb.

Qeyd edək ki, Əfqan Almaz-zadə Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti