Ölən fələstinlilərin sayı 573-ə çatdı

Ölən fələstinlilərin sayı 573-ə çatdı
  22 İyul 2014    Oxunub:1005
İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 573-ə çatıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Qəzza sektoruna edilən hücumlar nəticəsində 573 insan ölüb, 3250 fələstinli isə yaralanıb” – deyə, məlumatda bildirilir.

Ötən gün həmçinin İsrail ordusu da xeyli itki verib. İsrail Müdafiə nazirliyinin yaydığı məlumata görə, Qəzzada başlayan əməliyyatlar nəticəsində 27 İsrail əsgəri ölüb

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti