İmran Cəfərov idmançı olacaq - FOTO

İmran Cəfərov idmançı olacaq - FOTO
  22 İyul 2014    Oxunub:1762
Nabranda ayağından zədə almış İmran Cəfərov və onun valideynləri ilə Milli Paralimpiya Komitəsində görüş olub.
Milli Paralimpiya Komitəsindən AzVision.az-a verilən məlumata görə, İmran Cəfərovun Uşaq paralimpiya Komitəsində yaradılmış üzgüçülük idman növünə cəlb olunması təklif olunub.

İdman növü haqqında ətraflı məlumat verilərək izah edilib ki, İmran Cəfərovun bu idman növünə cəlb edilməsi onun reabilitasiya keçməsi ilə bərabər cəmiyyətə inteqrasiya olunmasına şərait yaradacaq.

Görüş zamanı onlar üzgüçülük idman növü üzrə məşqçi ilə tanış edilib və qərara alınıb ki, növbəti həftədən İmran Cəfərov məşqlərə başlasın. Məşqlər ilk dövrlərdə komitənin psixoloqu və valideynlərin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzlərinin birində ayaqlarından zədə almış 3 yaşlı İmran Cəfərov Prezident İlham Əliyevin tapşırığı ilə dövlət hesabına Almaniyada müalicə alıb.


Teqlər:





Xəbər lenti