Rusiyada iş adamını oğurlayan 11 azərbaycanlı saxlanılıb

Rusiyada iş adamını oğurlayan 11 azərbaycanlı saxlanılıb
  21 İyul 2014    Oxunub:951
Rusiya polisləri 11 nəfər Azərbaycan vətəndaşını saxlayıb.
Bu barədə AzVision.az Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən, saxlanılan şəxslər Moskvadan olan iş adamını oğurlamaqda şübhəli bilinir.

Biznesmeni oğurlayan şəxslər ondan 500 min dollar tələb ediblər.

Saxlanılan Azərbaycan vətəndaşları 28-47 yaş arasındadır.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “İnsan oğurluğu” maddəsi ilə cinayət işi açılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti