Putindən dünya liderlərinə müraciət – VİDEO

Putindən dünya liderlərinə müraciət – VİDEO
  21 İyul 2014    Oxunub:866
Rusiya prezidenti Vladimir Putin Donetsk vilayəti üzərində vurulan “Malayziya Hava Yollarına” məxsus təyyarə ilə bağlı obyektiv araşdırmaların aparılması ilə bağlı Ukraynadakı münaqişə tərəflərinə müraciət edib.

AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ölkə başçısı bununla bağlı xüsusi bəyanatla çıxış edib.

Putin Donetskdə baş verən təyyarə qəzasını dəhşətli faciə adlandıraraq Rusiyanın “Ukraynadakı bütün tərəfləri dəfələrlə silahı yerə qoymağa və danışıqlar masasında əyləşməyə çağırdığını” xatırladıb.

“Əminliklə demək olar ki, əgər 28 iyunda Ukraynanın şərqində hərbi əməliyyatlar bərpa olunmasaydı. Yəqin ki, bu faciə də baş verməzdi” – deyə, Putin vurğulayıb.

Rusiya prezidenti bildirib ki, heç kəs bu faciədən öz siyasi məqsədləri üçün istifadə etməli deyil. Bu cür hadisələr insanları ayırmalı deyil, əksinə birləşdiməlidir”.

AzVision.az Rusiya prezidentinin müraciətini təqdim edir:



Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti