Bakıya qayıdan sabiq nazir: `Prezidentə təşəkkür edirəm`

Bakıya qayıdan sabiq nazir: `Prezidentə təşəkkür edirəm`
  21 İyul 2014    Oxunub:1260
`Dostlar artıq Bakıya qayıtdım, evdəyəm, nəvələrim üçün çox darıxmışdım. Ankarada Bayındır hospitalı həkimləri (əllərinə sağlıq) 5-6 saatlıq ağır əməliyat ilə mənə ikinci həyat verdilər`.
AzVision.az xəbər verir ki, bu barədə sabiq nazir özü facebook səhifəsində qeyd edib. O, bildirib ki, Ankarada Bayındır hospitalı həkimləri (əllərinə sağlıq) 5-6 saatlıq ağır əməliyat keçirib.

“Mənə ikinci həyat verdilər. Bərpa olunmaq üçün sabah məni Xızıya aparacaqlar, yəqin 10-15 gün orada olacam, inşallah qayıdandan sonra sizlərlə xəbərləşərik.
Bu təşəkkür ismarışı ilə dostlara çatdırmaq istəyirəm ki, sağlamlığımla bağlı minlərlə insanın, dostun-tanışın şəfa diləyi, duası mənə mənəvi dayaq oldu, uca Tanrı hamınıza yar olsun. Xəstəliyim haqqında məlumatın ictimailəşməsini istəməsəm də, qarşısını yalnız bir müddət ala bildim, məndən xəbərsiz dostlar (özəlliklə, Tənzilə xanım), bir neçə millət vəkili, bir çox gənclər dövlət başçısına müraciət etdilər, bunu sosial şəbəkələrdə yaydılar, jurnalistlər saytlarda-qəzetlərdə yazdılar...

Dostlar, sizin müraciətlərə ilgi göstərən və bundan öncəki əməliyata da qayğı ilə yanaşan dövlət başçısı cənab İlham Əliyevə, bu dəfəki əməliyatı gecikdirmədən nəzarətə götürüb məni Kömürükçü hospitalında müayinə etdirib, Türkiyəyə göndərən cənab Kəmaləddin Heydərova sizlərin və ailəm adından təşəkkür edirəm”.





Teqlər:  





Xəbər lenti