Atəşkəs pozuldu: İsrail Qəzzanı bombaladı

Atəşkəs pozuldu: İsrail Qəzzanı bombaladı
  20 İyul 2014    Oxunub:736
İsrail HƏMAS-la razılaşdırdığı iki saatlıq atəşkəsi pozaraq yenidən Qəzzanı bombalamağa başlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail tərəfi atəşkəsi ilk olaraq HƏMAS-ın pozduğunu iddia edir.

Qızılxaç komitəsinin yaralalıları xəstəxanaya aparmaq üçün təklif etdiyi atəşkəs təklifini İsrail qəbul etsə də sonradan atəşkəs yenidən pozulub.

İsrail Qəzzanı bombalamağa başladığı gündən bu günə qədər şəhərdə ən qanlı gün yaşanıb. Ötən gün axşam saatlarından bu dəqiqəyə qədər davam edən bombardman 40 nəfərin ölümünə, 400-ə yaxın adamın isə yaralanmağına səbəb olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti