Elmar Vəliyev təhsil işçilərinə müjdə verdi

Elmar Vəliyev təhsil işçilərinə müjdə verdi
  20 İyul 2014    Oxunub:886
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərlə görüşündə bildirib ki, yeni tədris ili ərəfəsində səkkiz məktəb binası əsaslı təmirdən sonra istifadəyə veriləcək.
AzVision.az xəbər verir ki, icra başçısının sözlərinə görə, ilin sonuna kimi Gəncə şəhərində 15-ə yaxın körpələr evi-uşaq bağçası yenidən qurulacaq. Avadanlıq və inventarla təchiz ediləcək.

Ümumilikdə, 2014-cü ilin sonuna kimi Gəncə şəhərində 20 binanın açılışı gözlənilir.

Qeyd edək ki, yeni inşa edilən şəhər Təhsil İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb və ətrafında abadlıq işləri aparılır.


Teqlər:





Xəbər lenti