31326 abituriyent bu gün imtahan verəcək

31326 abituriyent bu gün imtahan verəcək
  20 İyul 2014    Oxunub:673
Bu gün TQDK II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün qəbul imtahanı keçirəcək.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada baş tutacaq. İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanın gedişini işıqlandırmaq üçün 50 - dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçmişdir.

İmtahanda 31326 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15562 abituriyent II qrup üzrə, 15764 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 28178 nəfəri (II qrup üzrə 13689 nəfər, III qrup üzrə 14489 nəfər) Azərbaycan bölməsinin, 3148 nəfəri (II qrup üzrə 1873 nəfər, III qrup üzrə 1275 nəfər) isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 13824 nəfəri (II qrup üzrə 9710 nəfər, III qrup üzrə 4114 nəfər) oğlanlar, 17502 nəfəri (II qrup üzrə 5852 nəfər, III qrup üzrə 11650 nəfər) isə qızlardır.

24 nəfər ali təhsil müəssisələrinin, 1620 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır.

158 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1990-cı ildən, ən gənci isə 1997-ci ildəndir.

Bakı şəhərində 13520, Naxçıvanda 1821, Gəncədə 3829, Sumqayıtda 1653, Mingəçevirdə 1544, Şəkidə 1986, Ağcabədidə 1229, Göyçayda 1452, Şirvanda 1186, Lənkəranda 1866, Xaçmazda isə 1240 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti