İlham Əliyev zavodda açılış etdi

İlham Əliyev zavodda açılış etdi
  18 İyul 2014    Oxunub:857
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun açılışında iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxıb.

Sonra Prezident İlham Əliyev zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış oldu, videoçarxa baxıb.

Dövlət başçısı sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış olub, onun manevrlərini izləyib.


Teqlər:  





Xəbər lenti