Kəlbəcərdən görüntülər yaymaqda ermənilərin məqsədi - VİDEO

Kəlbəcərdən görüntülər yaymaqda ermənilərin məqsədi - VİDEO
  18 İyul 2014    Oxunub:971
Ermənilər son günlər Kəlbəcərdə yaşanan olaylardan sonar ciddi narahatçılıq keçirirlər.

Xüsusilə də orada məskunlaşmış ermənilərin canına qorxu düşüb. Onsuz da iqtisadi çətinlikdən dolayı öz doğma kəndlərini tərk edən ermənilər, Azərbaycan torpağında qorxa-qorxa yaşamaq istəmirlər. Məlumata görə, cəmi 3 nəfər azərbaycanlının erməni müdafiəsini asanlıqla qıraraq Kəlbəcərə keçəndən sonra, orada onsuz da zorla məskunlaşdırılmış ermənilər rayonu tərk etməyə başlayıblar. Bundan narahat olan Ermənistan hökuməti bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirərək camaatı təşvişə düşməməyə çağırıb.

Ötən gün müdafiə naziri Seyran Ohanyan Azərbaycandan rayona aparan bütün mümkün yolların minalanacağını bəyan edib. Hətta internetdə, sosial şəbəkələrdə Kəlbəcərdə yaşamağa səsləyən videolar paylaşılıb. Belə videolardan birini ermənişünas alim Qafar Çaxmaqlı Modern.az saytına təqim edib.



Videosüjetdə ermənilərin “Kampanya” adında bir klubunun Kəlbəcərə ekskursiyası görüntülənib. Ekskursiyaya çıxanlar Kəlbəcərin tarixi yerlərini ziyarət edirlər. Ancaq o tarixi yerlərdəki abidələr erməni abidələri kimi təqdim olunur. Guya bu abidələr, tarixi yerlər onlara məxsusdur. Abidənin birinin üzərində 12-13-cü əsrlər, digərinin üzərində isə 4-17 əsrlər yazılıb.

Klubun üzvləri bura ilk dəfə gələnlərdir. Kəlbəcərin gözəlliyinə heyran olduqlarını bəyan edirlər.

Son zamanlar mülki azərbaycanlıların Kəlbəcərə, öz evlərinə getməsi burada məskunlaşan və məskunlaşması planlaşdırılan erməniləri qorxuya salıb. Bu videonu məqsədli şəkildə yayırlar ki, guya erməni gənclər Kəlbəcərə gedib orada gecələyirlər də...

Bu videoda Azərbaycanın kültür varlığına ermənilərin sahiblənmə istəyi də var. Erməni təbliğat maşını buradakı abidələrin ziyarət edilməsi ilə ona işarə edir ki, Kəlbəcər erməni torpağıdır və buradakı ermənilərə aid abidələr dövlət tərəfindən də qorunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti