Jurnalistlər Ağsuda
O, son illər Azərbaycan hökümətinin və şəxsən ölkə prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə arxeoloji tədqiqatların miqyasının genişləndiyini xüsusi vurğu ilə qeyd edib.
O, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökümət təşkilatlarının, xüsusilə də Heydər Əliyev Fondunun, SEBA Assosiyasiyasının, Regionların İnkişafı İctimai Birliyinin və MİRAS İctimai Birliyinin xalqımıza məxsus tarixi-mədəni dəyərlərin tədqiqi, aşkar edilmiş abidələrin konservasiyası və təbliği sahəsində görmüş olduqları işlər barəsində məlumat verib.
Tariximizin qədim qatlarının öyrənilərək aşkara çıxarılmasında xüsusi xidmətləri olmuş görkəmli arxeoloqlardan Saleh Qazıyev, İsak Cəfərzadə, Osman Həbibullayev, Məmmədəli Hüseynov, Qara Əhmədov, İdeal Nərimanov, Rəşid Göyüşov, Rəhim Vahidov, Fərman Mahmudov, Ömər İsmizadə, Fərhad İbrahimov və digərlərinin xatirəsi seminar iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilib.
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev seminar iştirakçıları qarşısında çıxış edərək, arxeoloq ailmlərin Ağsu ərazisində aparmış olduğu tədqiqatların nəticələrindən bəhs etmiş və bu sahədəki xidmətlərinə görə onlara dərin təşəkkürünü və minnətdarlığını bildirib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova seminar iştirakçıları qarşısındakı çıxışında müstəqillik illərində Azərbaycan arxeoloqlarının əldə etdiyi uğurlar barəsində məlumat verib.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək Orta Əsr Ağsu şəhərinin tədqiqi, təbliği və onun beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlərdən danışıb, Ağsuda ilin sonunda Tələbə və Gənc Mütəxəssislər üçün təşkili nəzərdə tutulan I YOCOCU Ağsu məktəbi haqqında geniş məlumat verib.
Daha sonra professor Əhməd Qəşəmoğlu, professor Abbas Seyidov, professor Şikar Qasımov, Az-Granata Şirə və Şərab Emalı Zavodunun direktor müavini, professor Vüqar Mikayılov və başqaları çıxış edərək arxeoloqların çətin və şərəfli işi barəsində öz mülahizələrini bildirdilər. Perudan olan müstəqil arxeoloq Alvaro Hiqueras da çıxış edib.
Daha sonra seminar iştirakçıları arxeoloji tədqiqatların ən son nəticələrinə həsr olunmuş “Azərbaycan arxeologiyasının inciləri” sərgisi ilə tanış olublar.
Seminar iştirakçıları həmçinin Orta Əsr Ağsu Şəhər Turizm Kompleksində konservasiya edilmiş sahələrlə, habelə bu il Ağsu Arxeoloji Ekspedisiyasının yeni aşkara çıxarılan, tədqiq edilmiş möhtəşəm XVI əsrə aid Şıxməzid Abidə-Kompleksi ilə əhatəli tanış olublar.
Daha sonra Ağsu şəhərində AzQranata Şirə və Şərab Emalı Zavodu müəssisəsində ekskursiya maraqlı keçib.