“Müəllimlər haqqında bütün məlumatlar burdadır”

“Müəllimlər haqqında bütün məlumatlar burdadır”
  17 Aprel 2013    Oxunub:23003
“Bütün müəllimlər haqqında məlumat Təhsil Nazirliyinin elektron bazasında yerləşdirilib”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, bu bazaya daxil olmaqla müəllimlərin haqqında məlumat əldə etmək olar.

“Ümumiyyətlə Təhsil Nazirliyində dünya bankının krediti ilə maliyyələşdirilən layihə çərçivəsində artıq neçə illərdir ki, Times şöbəsi-yəni təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsi fəaliyyət göstərir.
Çox mükəmməl bir struktur yaradılıb. Oradan nəinki gənc müəllimlərin, bütün respublikada fəaliyyət göstərən, hətta ucqar dağ kəndlərində belə fəaliyyət göstərən müəllimlərin bu elektron bazada bütün məlumatları yerləşdirilib. Yəni bütün parametlər üzrə həm yaş, həm də ixtisaslar bazaya müraciət oluna bilər”-deyə, Qulu Novruzov əlavə edib.

Anar


Teqlər:  





Xəbər lenti