Bu gün saat 14.00-dan 15.00-a qədər mərhumun evində vida mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət nümayəndələri, nazir və komitə sədrləri iştirak edib.
Mərasimdən sonra Arif Vəliyev II Fəxri Xiyabanda dəfn edilib.
Xatırladaq ki, Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 20 ilə yaxın müddətdə də bu quruma rəhbərlik edib