Bakıda 27 min müəllim imtahan verəcək

Bakıda 27 min müəllim imtahan verəcək
  12 May 2014    Oxunub:4157
“Bakı şəhəri Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrindən 27007 nəfər sınaqdan keçəcək”.
AzVision.az xəbər verir ki, bu sözləri Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Elnur Əliyev deyib.

Onun sözlərinə görə, müəllimlər üçün sınaq imtahanları test şəklində 4 variant və 80 sualdan ibarət olacaq:

“Təhsil Nazirliyinin tabeliyində olan 357 məktəbdən 1620 müəllim iştirak edəcək. Təhsil Nazirliyinin tərkibində olan internat məktəblərindən 592 müəllim iştirak edəcək. Bakı şəhəri Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrindən 27007 nəfər sınaqdan keçəcək. Məktəblərə müəllimlər üçün buraxılış vərəqəsi göndəriləcək. Həmin vərəqdə imtahanın vaxtı və yeri göstəriləcək. Sınaq qiymətləndirməsində məktəblərdə daimi vəzifə tutan müəllimlə, analıq vəziyyətin də əvəz edən müəllimlər iştirak edir. Sınaq qiymətləndirməsində məktəb direktorları, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olanlar iştirak etməyəcəklər”.

Tədbirdə çıxış edən Elnur Əliyev regionlarda sınaq imtahanlarının keçirilməsinə münasibət bildirib. Onun sözlərinə görə, sınaq imtahanları bölgələrdə də keçiriləcək:

“Amma hələ ki Bakıda əhali daha çox olduğu üçün ilk növbəsdə burda keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə yaxın müddət ərzində bölgələrdə də bu sınaqlar keçiriləcək”

Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək. sınaq qiymətləndirilməsi 3 istiqamətdə fənn, metodika, kommunikativ qabiliyyətlə dair sorğu əsasında aparılacaq.

Sınaq qiymətləndirməsinin fənn istiqaməti müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək , peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirmələrinin metodika istiqaməti üzrə tapşırıqları kurikumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və s. kimi məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu – müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq , özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir.

Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Qiymətləndirmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və iki saat davam edəcək. Sinaq qiymətləndirməsi ilə müəlimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik , bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə tutulur. Qiymtləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə fəaliyyəti stimullaşdırması meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaq.

b>Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti