`Facebook`dan yenilik

`Facebook`dan yenilik
  02 May 2014    Oxunub:2007
Şirkət mobil reklam şəbəkəsini işə salıb.
“Facebook” şirkəti “Audience Network” mobil reklam şəbəkəsini nümayiş etdirdi. Artıq kənar tətbiq tərtibatçıları tarqetinq üçün sosial şəbəkənin məlumatlarından istifadə edərək reklam yerləşdirə biləcəklər. Elan verənlər isə “Facebook”dan kənarda öz kampaniyalarının əhatəsini genişləndirəcəklər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yeni məhsul “Facebook f8” konfransında layihələrin idarə edilməsi üzrə direktor Debora Liu tərəfindən təqdim edilib.

“Facebook”un reklam şəbəkəsinin köməyi ilə tətbiqlərdə ənənəvi banner reklamı, həm də xidmətə uyğunlaşdırılan formatlar yaratmaq mümkün olacaq. Tərtibatçılar artıq bu gündən etibarən mobil reklam şəbəkəsindən istifadə edə bilərlər.


Teqlər:  





Xəbər lenti