Baş nazir Müşahidə Şurasının sədri seçildi

Baş nazir Müşahidə Şurasının sədri seçildi
  25 Aprel 2014    Oxunub:849
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
ARDNF-dən verilən məlumata görə, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb. Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.


Teqlər:  





Xəbər lenti