Rus ordusu hücuma hazırlaşır - VİDEO

Rus ordusu hücuma hazırlaşır - VİDEO
  24 Aprel 2014    Oxunub:5981
Ukrayna sərhədində cəmləşmiş Rusiya ordusunun canlı qüvvələri və zirehli texnikası döyüşə hazır vəziyyətə gətirilib.
Sosial şəbəkələrdə bu gün əlavə rus hərbi texnikasının Ukrayna sərhədlərinə doğru irəliləməsini göstərən çoxsaylı videolar yayılıb. Onlardan bəziləri həqiqətə uyğun deyil, bəziləri ilin müxtəlif vaxtlarında həm də tamamilə başqa regionlarda çəkilib.

Lakin bəziləri həqiqətən də rus ordusunun Ukrayna sərhədinə əlavə hərbi qüvvə göndərdiyini sübut edir. AzVisionşaz-ın rus mətbuatına istinadən təqdim etdiyi bu videolar sərhəddən 15 km aralıda Rostov vilayətini Novoşaxtinska şəhərində çəkilib. Zirehli texnika və hərbi maşınların üzərində xüsusi hərbi işarə “svoy- çujoy” (özümüzünki və özgəninki) işarəsi var ki, bu işarələri adətən döyüşdən qabaq qoyurlar.

Səbinə Həsənova








Teqlər:  





Xəbər lenti