Müsavatda qurultay gərginliyi: `Günah özümüzdədir`

Müsavatda qurultay gərginliyi: `Günah özümüzdədir`
  24 Aprel 2014    Oxunub:862
Müsavat Partiyasının qurultayının növbəti dəfə təxirə salınacağı ilə bağlı ehtimal yenidən gündəmə gəlib. Belə ki, partiya BŞİH-ni qurultaya yer ayırmamasına görə məhkəməyə verib. Verilən məlumata görə, məhkəmə prosesi aprelin 29-da keçiriləcək.
Bütün bunlara baxmayaraq, artıq partiya daxilində kimin hansı namizədi dəstəkləyəcəyi də məlum olmağa başlayıb. Bəzi partiya funksionerləri açıq-aşkar dəstəkləyəcəyi namizədin kimliyini hətta mətbuata da açıqlayıblar.

Ən maraq doğuran mövqelərdən biri də vaxtilə Müsavat Partiyası başqanının birinci müavini olmuş, hazırda partiyanın Divan üzvü olan Vurğun Əyyubun açıqlamasıdır. O, açıq şəkildə başqanlıq seçkilərində iddialı namizədlərdən biri kimi adı hallanan Qubad İbadoğlunu dəstəklədiyini bəyan edib.

Başqanlığa iddialı olan digər şəxslərdən biri, başqan müşaviri Səxavət Əlisoy isə daha sərt danışaraq, partiyanı qurultay keçirməməkdə günahlandırıb: “Bildiyimiz kimi, partiyanın qurultayı yer məsələsinə görə keçirilmir. Mən o fikirdəyəm ki, indiki durumumuzda dirəniş göstərməklə uğur qazanmaq mümkün deyil. Bizə 800-1000 nəfərlik yerin verilməməsinə görə qurultayın keçirilməməsinin özü başadüşülən deyil. 500 nəfərlik yerdə qurultay keçirmək mümkündür. Gücümüz o səviyyədə deyil ki, iqtidara bəzi məsələləri diqtə etdirək. Bu isə mən də daxil olmaqla, bütün müsavatçıların günahıdır”.

Səxavət Əlisoy “Yeni Müsavat”a deyib ki, 300-400 nəfərlik yer verilirsə, texniki baxımından nə qədər çətin olsa da, qurultayı keçirmək mümkündür. Məcazı mənada mən demişdim ki, çadırlar qurulmaq yolu ilə yaxud sosial şəbəkələrdə bu seçki həyata keçirilsin. Ən azından partiyanın qərargahında bu seçkini keçirmək olar. “Qurultay nə zaman keçiriləcək” sualının özü də artıq gülüncdür. İqtidar yer verməyəcəksə, biz məgər qurultay keçirməməliyik? Düşünürəm ki, qısa zamanda bu məsələ həllini tapmalıdır”.


Teqlər:





Xəbər lenti