MTN rəhbərinin adına olan Facebook səhifəsi saxtadır

MTN rəhbərinin adına olan Facebook səhifəsi saxtadır
  24 Aprel 2014    Oxunub:2737
Azərbaycanın bir çox nazirlərinin sosial şəbəkələrdə səhifəsi və profilləri mövcuddur. Bu nazirlərin siyahısında milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adına rast gəlmək mümkündür. 2500-dən çox izləyicinin bəyəndiyi səhifədə əsasən Milli Təhlükəsizlik Nazirliyinə aid xəbərlər paylaşılır.

Sözügedən səhifənin nazir Eldar Mahmudova aid olub-olmadığı dəqiq bilinmədiyindən, AzVision.az məsələ ilə bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb.

AzVision.az-ın sorğusuna cavab olaraq, MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Facebook-da nazirliyə məxsus rəsmi səhifə fəaliyyət göstərir: “Milli Təhlükəsizlik Nazirliyinə məxsus Facebook-da rəsmi səhifə var. Eldar Mahmudovun adına olan səhifə isə saxtadır və nazirlə əlaqəsi yoxdur”,- deyə o, qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti