Metroda reklamlar bərpa olunacaq

Metroda reklamlar bərpa olunacaq
  24 Aprel 2014    Oxunub:1003
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər ki, metroda yenidənqurma və restovrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq.
Amma daha müasir və metronun görünüşünə xələl gətirməyəcək formada reklamlar vurulacaq.

Mətbuat xidmətindən Movqe.az-a onu da bildirdilər ki, qatarlarda reklam lövhələrinin olub-olmayacağı barədə indidən bir söz demək mümkün deyil: "Hazırda metroda təmizlik, restavrasiya işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra metroda yeni reklamların yerləşdirilməsi mümkün olacaq".


Teqlər:





Xəbər lenti